Xəzər Xəbər

Həkim-terapevt küçədə bişirilən peraşkilərin zərərindən danışdı

Cəmiyyət | 15:30 • 11 Oktyabr 2017
Həkim-terapevt küçədə bişirilən peraşkilərin zərərindən danışdı

Bakıda yol kənarlarındakı köşklərin qarşısında insanların toplaşıb peraşki yediyini görmək adi haldır. Toz-torpaqlı paytaxt havasında üzərində kifayət qədər yağ olduğu üçün havada uçuşan tozun asanlıqla üzərinə yapışdığı qutabları, peraşkiləri yeyənlərin yol verdiyi qeyri-gigiyenik hərəkətlər bununla bitmir. Onların hamısı dişlədikləri qutabları balaca bir qabda ortaya qoyulan eyni tamat sousuna batırırlar. Bu kimi halları xüsusilə günorta saatlarında daha çox müşahidə etmək mümkündür. Bu cür yeyəcəkləri qutularda şəhərin küçələrində gəzdirib satanlara da rast gəlmək olur.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov "Report"a bildirib ki, hazırda heç bir yoxlama aparılmadığından baş verən neqativ hallarla bağlı məlumat yoxdur: "Bununla yanaşı, peraşkilərin, qutabların eyni qabda olan sousa batırılıb yeyilməsi gigiyenik qaydaların pozulmasıdır. Gigiyenik tələblərin pozulması insanlarda xəstəliklərin yayılmasına səbəb ola bilər. Ümumiyyətlə, peraşki və qutabların təkrar yağda qızardılması, tomat sosusunun birlikdə istifadə olunması yolverilməzdir. Əgər bitki məşəli yağdan istifadə olunursa, ilk istifadədən sonra atılmalıdır. Təkrar istifadəsi yolverilməzdir".

Həkim-terapevt İbrahim Əfəndiyev isə bildirib ki, açıq havada, plastik qablarda peraşki və qutabların saxlanması, istifadə olunması yolverilməzdir. Onun sözlərinə görə, bu cür qidaların bişirilmə qaydası da sanitariya qaydalarına uyğun gəlmir: "Məhsulun xəmirinin harada və kimlər tərəfindən necə hazırlandığı bilinmir. Yağlar bir dəfə qızartmadan sonra atılmalıdır. Amma hazır peraşkilərin üzərinə yapışmış qara nöqtələr yağların təkrar-təkrar istifadəsinin göstəricisidir. Bunlar da güclü toksiki təsirə malikdir. Gələcəkdə həm beyin sisteminə, həm damarların divarlarına mənfi təsir göstərir".

Həkim bildirib ki, qutabın içinə qoyulan məhsulların da haradan gətirildiyi bilinmir: "İnsanlar ac olduqları üçün bu məhsullarla qidalanır. Nəticədə isə bütün orqanizm ziyan görür".

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti