Xəzər Xəbər

Müqəddəs şəhərlərə ziyarətlər başlayır

Cəmiyyət | 15:17 • 3 Oktyabr 2017
Müqəddəs şəhərlərə ziyarətlər başlayır

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs şəhərlərə zəvvarların aparılmasına başlayır.

İdarədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 6-da avtobusla ilk zəvvar qrupu yola salınacaq.

Zəvvarlar ziyarət sırasında Kərbəla, Nəcəf, Samirə və Məşhəd kimi müqəddəs sayılan şəhərləri ziyarət edəcəklər.

QMİ-dən bildirilib ki, ziyarət sırasında zəvvarların təhlükəsizliyini, otellə təmin olunmasını və s. məsələləri qurumun müqavilə bağladığı İraqdakı şirkətlərdən biri həyata keçirəcək.

Qeyd edək ki, ziyarət üşün nəzərdə tutulan paketin qiyməti 300 dollardır. Ziyarətlər qruplar toplandıqca həyata keçiriləcək.

Xəbər lenti