Xəzər Xəbər

İstilik daha tez verilə bilərmi? Günün sualına CAVAB

Cəmiyyət | 15:59 • 2 Oktyabr 2017
İstilik daha tez verilə bilərmi?

Bir çox ekoloqlar da bildirir ki, buzlaşma dövrü yaxınlaşdığı üçün fəsillərin sayı azalacaq. Yalnız yay və qış fəsli olacaq. Havaların iyuldan etibarən isinməsi və avqustun sonları, sentyabrın əvvəllərindən etibarən kəskin dəyişməsi ilə temperatur aşağı düşdü. Havaların soyuması, temperaturun kifayət qədər aşağı düşməsi təhsil müəssisələrində də problem yaradıb.

Havalar bu qədər soyuq keçirsə, niyə istilik sistemləri işə salınmır? Maraqlıdır, istilik mövsümünə daha tez start vermək mümkündürmü?

Bu suallara cavab tapmaq üçün "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevlə əlaqə saxladıq.

R.Əliyev bildirib ki, istilik mövsümü təhsil, səhiyyə müəssisələri, uşaq bağçaları və digər təşkilatlarla "Azərisitiliktəchizat” ASC arasında bağlanan müqaviləyə əsasən həyata keçirilir. Adətən bu müqavilə 5 ayı əhatə edir:


"Dağlıq rayonlarda isə bu müqavilə 6 aylıq bağlanır. Tarif Şurasının qiymətlərinə müvafiq olaraq, 1 kub metr üçün 25 qəpik hesablanır. Hər hansı təşkilat müqavilədən əlavə, vaxtından tez istiliyin verilməsi ilə bağlı müqavilə bağlamaq istəyirsə, müraciət etməlidir. Ödənişə zəmanət veriləcəyi halda bu müraciətə baxıla bilər”.

Qurumun rəsmisi bildirib ki, bu vaxtadək təhsil müəssisələrindən onlara rəsmi müraciət edilməyib. R.Əliyevin sözlərinə görə, qazanxanalara verilən istiliyin temperaturu ətraf-mühitin havasından asılı olacaq: "Otaq temperaturu əldə olunanadək qazanxanadan istilik verilir. 155 baxça, 280 məktəb, 150-dək səhiyyə və 900-ədək digər müəssisələr "Azəristiliktəchizat"ın istilik sisteminə qoşulub."

R.Əliyev vurğulayıb ki, "Azəristiliktəchizat” ASC-nin mənbələrinə qoşulan məktəblərin qazanxalarında heç bir problem aşkarlanmayıb.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti