Xəzər Xəbər

Kəskin hava şəraiti ilə bağlı "Azərişıq" gücləndirilmiş rejimdə işləyir

Cəmiyyət | 13:19 • 28 Sentyabr 2017
Kəskin hava şəraiti ilə bağlı

Bakı və Abşeron yarımadasında, o cümlədən respublikanın rayonlarında hava şəraitinin dünəndən etibarən kəskin pisləşməsi ilə əlaqədar "Azərişıq” ASC-nin əməkdaşları gücləndirilmiş rejimdə işləyir.

Bunu XəzərXəbər-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

T.Mustafayevin bildirdiyinə görə, respublikanın bəzi dağlıq rayonlarına güclü küləklə müşayiət olunan qar və sulu qarın yağmasına baxmayaraq, elektrik enerjisi ilə təchizatda ciddi problem qeydə alınmayıb. O cümlədən, Bakı və ətraf qəsəbələrdə əhali elektrik enerjisi ilə fasiləsiz təmin edilir.

Qurum rəsmisi qeyd edib ki, bu, Azərbaycanda elektrik enerjisi təchizatı şəbəkəsinin yenidən qurulması, infrastrukturun yenilənməsi istiqamətində "Azərişıq” ASC-nin son illərdə gördüyü işlərin nəticəsidir: "Dayaqların yenilənməsi, naqillərin kabellə əvəzlənməsi, yeni transformatorların quraşdırılması və digər görülən işlər imkan verib ki, hava şəraitinin kəskinləşməsinə baxmayaraq, abonentlərin elektrik enerjisi ilə təchizatını fasiləsiz həyata keçirək. Artıq tam əminliklə deyə bilərik ki, hava şəraitinin kəskinləşməsi nəticəsində şəbəkədə əvvəllər müşahidə olunan kütləvi qəzalar baş vermir, hansısa fasilələ yarananda isə əməkdaşlarımızın çevik müdaxiləsi ilə qısa zamanda aradan qaldırılır”.

T.Mustafayev əlavə edib ki, "Azərişıq” ASC hazırkı hava şəraiti ilə bağlı yerlərdə operativ növbətçiliyi gücləndirib, mümkün qəza hallarını çevik aradan qaldırmaq üçün bütün zəruri mal-material ehtiyatları görülub.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti