Xəzər Xəbər

İdmançı gənclərə ali təhsillə bağlı güzəştlər edilə bilər

Cəmiyyət | 09:53 • 27 Sentyabr 2017
İdmançı gənclərə ali təhsillə bağlı güzəştlər edilə bilər

Azərbaycanda idmançı gənclərə ali təhsil müəssisələrində təhsil güzəştlərinin edilməsi təklif olunur.


Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, idmançı gənclər idmanla məşğul olmaq və ya təhsil almaqla bağlı seçim qarşısında qalırlar: "Azərbaycanda gənclərin ali idman təhsili almaq üçün ancaq bir imkanları var, bu da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır. Bir sıra ölkələrdə idman sahəsində nailiyyətləri və idmana böyük marağı olan gənclərə ali təhsil müəssisələrində güzəştlər edilir. Məsələn, ali təhsil müəssisələrində idmançı gənclərə yerlərin ayrılması ilə bağlı illik kvota qoyulur. Onlar ümumi imtahan verərək ali təhsil almaq imkanı qazanırlar. Biz Komitə olaraq təklif edəcəyik ki, Azərbaycanda universitetlərdə idmanla məşğul olan gənclərin təhsil almaq imkanı əldə etmələri üçün müəyyən kvota ayrılsın".


F.Muradov hesab edir ki, bu yolla gəncləri idmana həvəsləndirməklə gələcəkdə onların yaxşı idmançı olmalarına şərait yaratmaq olar.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti