Xəzər Xəbər

63 nəfəri ilan sancıb – Azərbaycanda

Cəmiyyət | 14:58 • 26 Sentyabr 2017
63 nəfəri ilan sancıb –

Havaların soyumasına baxmayaraq, ilan sancması diaqnozu ilə hələ də bölgələrdən xəstə gətirilir. Müraciətlər göstərir ki, ötən ilə nisbətən bu il ilan sancması halları artıb.


Bunu virtualaz.org saytına açıqlamasında Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudov deyib.


A.Maqsudovun sözlərinə görə, bu həftə 1, ötən həftə 2 nəfəri ilan sancıb. "Bu ilin aprelindən indiyədək 63 nəfəri ilan, 16 nəfəri əqrəb, 12 nəfəri isə qaraqurd sancıb. Xəstəxanaya gətirilənlər arasında ölən olmayıb”, -mərkəz rəhbəri deyib.


İlan və əqrəb sancmaları əsasən Aran bölgələrində, Bakıətrafı kənd və qəsəbələrdə qeydə alınıb. A.Maqsudov əlavə edib ki, hava şəraiti belə davam edərsə, oktyabradək ilan sancması baş verə bilər. Mövsüm adətən aprelin sonunda başlayır, hava şəraitindən asılı olaraq oktyabrda bitir.

Xəbər lenti

Çox oxunanlar