Bu gün Bakıda və Abşeron
yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən
XəzərXəbər-ə
verilən məlumata görə,səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-34° isti olacağı, Bakıda
gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer
təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət
gecə 75-85 %, gündüz 50-60 % olacaq.
Abşeron
çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda
25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.
Azərbaycanın
rayonlarında - bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə
13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.