Xəzər Xəbər

AZAL-dan sərnişinlərə önəmli XƏBƏRDARLIQ

Cəmiyyət | 18:55 • 4 Avqust 2017
AZAL-dan sərnişinlərə önəmli

Aviabiletləri yalnız aviaşirkətin etibarlı tərəfdaşlarından alın.

XəzərXəbər xəbər verir ki, bununla bağlı AZAL sərnişinlərə xəbərdarlıq edir.

Məlumatda bildirilir ki, son vaxtlar "Azərbaycan Hava Yolları" aviaşirkəti tərəfindən aviabiletlərin oğurlanmış kredit kartı ilə satışı cəhdləri qeydə alının və qarşısı alınıb.

"Fırıldaqçılar müştərilərə endirim adı altında sövdələşmə təklif edir, sonra oğurlanmış kartlar vasitəsilə aviaşirkətin aviabiletlərini alıblar. Sərnişinləri aviabiletləri yalnız aviaşirkətin etibarlı rəsmi tərəfdaşlardan və ya aviaşirkətin rəsmi internet saytından almağa çağırırıq”-deyə, məlumatda bildirilir.

Azərbaycan ərazisində AZAL aviadaşımaları üçün aviabiletlərinin satışına rəsmi hüququ olan agentliklərin siyahısını burada ( https://www.azal.az/az/article/31082015) baxa bilərsiniz.

Xəbər lenti

Çox oxunanlar