Xəzər Xəbər

Sakinlərin nəzərinə: Bu ərazilərdə qaz olmayacaq

Cəmiyyət | 10:42 • 4 Avqust 2017
Sakinlərin nəzərinə:

Paytaxtın bəzi ərazilərində bu gün qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən (İB) XəzərXəbər-ə verilən məlumata görə, avqustun 4-də saat 10:00-dan işlər başa çatanadək "Qaz İxrac" İdarəsinin balansında olan diametri 700/500 mm-lik "Qaradağ-Digah-Hövsan" magistral qaz kəmərinin 27-ci km-də yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə birləşdirilməsi və cari təmir işləri ilə əlaqədar "Sulutəpə", "Alatava" və "Təzə Qanlı Göl" Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.

Bildirilir ki, təmir müddətində Bakı şəhər Binəqədi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.

Aparılan təmir işlərinin Nəsimi rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Həmçinin, qeyd olunur ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilməsi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti