Xəzər Xəbər

Yeni doğulmuş 85 uşaqda ürək-damar çatışmazlığı, 30-da anadangəlmə ürək qüsuru aşkarlanıb

Cəmiyyət | 10:30 • 8 İyul 2017
Yeni doğulmuş 85 uşaqda ürək-damar çatışmazlığı, 30-da anadangəlmə ürək qüsuru aşkarlanıb

"Səhiyyə Nazirliyinin Rostropoviç Fondu ilə birgə həyata keçirdiyi proqram çərçivəsində pilot müəssisə kimi Respublika Perinatal Mərkəzində 4 ay ərzində 275 yeni doğulmuşda skrininq (profilaktik müayinə) aparılıb. 85 uşaqda ürək-damar çatışmazlığı, 30 halda isə anadangəlmə ürək qüsuru aşkarlanıb”.

Bunu Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc MəmmədovaNazirliyin kollegiya iclasında çıxışı zamanı deyib.

Komissiya sədri bildirib ki, ana ölümü göstəricisinin 2007-ci illə müqayisədə 2016-cı ildə 35,5 promilledən 13,8 promilleyədək azalıb: "Tənəffüs pozulma sindromundan ölüm səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq, 2015-ci ildə 10,9 faiz, 2016-cı ildə 8,4 faiz təşkil edib”.

S. Məmmədova qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq, 2016-cı ildə əvəzedici surfaktant terapiyanın və yeni respirator dəstək texnologiyaların geniş tətbiqi nəticəsində ekstremal az çəkili 295 yeni doğulmuşdan 135-ni xilas etmək mümkün olub.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti