Xəzər Xəbər

Allergiyadan əziyyət çəkirsinizsə bunlara diqqət edin!

Cəmiyyət | 11:38 • 16 İyun 2017
Allergiyadan əziyyət çəkirsinizsə

Yazın əvvəlində bir çox insanlar mövsümi allergiyadan əziyyət çəkir. Öskürək, burun axması, gözlərin yaşarması və s. bu kimi simptomlar allergiyanın əsas əlamətlərindəndir.

XəzərXəbər saglamolun.az-a istinadən bildirir ki, Florida Universiteti alimləri mövsümi allergiya ilə mübarizə etmək üçün probiotikləri qəbul etməyi tövsiyə edirlər.

Eksperimentlər göstərib ki, tərkibində laktobasillar və bifidobakteriyalar olan probiotiklər allergiyadan əziyyət çəkən insanların vəziyyətini xeyli yüngülləşdirir, allergiyanın simptomlarını azaldır.

Probiotiklər immun sisteminin allergenlərə olan reaksiyasına təsir edir ki, nəticədə insanda allergenlərə olan dözümlülük artır.

Xəbər lenti

Çox oxunanlar