Bu göldə çimməyin
XƏBƏRDARLIQ
"Bakıda, Hövsan-Zığ magistral yolunun kənarında yerləşən "Duzlu göl"də çimmək qadağası bu il də qüvvədə saxlanılıb”.
Bu sözləri açıqlamasında Respublika Gigiyena
və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov söyləyib. Z.
Kazımov bildirib ki, göldə çimməyə 2006-cı ildən qadağa qoyulub: "Bu il
də vəziyyət dəyişmədiyindən qərar qüvvəsində qalıb. Buna baxmayaraq hər
il bu gölə müalicəvi məqsədlə insanlar axışır. Ona görə də, rəsmi
şəkildə aidiyyatı qurumlara göldə çimməyin yasaqlanması ilə bağlı
məlumat vermişik".
Qeyd edək ki, hələ ötən il hər yay mövsümündə antisanitariya şəraiti ilə
gündəmə gələn "Duzlu göl”ün yaxınlığında müalicə mərkəzinin yaradılması
məsələsi gündəmə gəlmişdi. Bakı Dövlət Layihə İnstitutunun Bakı
şəhərinin ərazisindən istifadə və zonalaşdırma planında (Baş plan)
təklif edilirdi ki, Zığ gölü ətrafında geniş rekreasiya və əyləncə
əraziləri, habelə Hövsan qəsəbəsinin sahilyanı ərazilərində yüksək
keyfiyyətli ticarət və yaşayış əraziləri də salınsın. Z. Kazımov isə
deyir ki, ərazidəki antisanitariya şəraiti "Duzlu göl”dən müalicə
məqsədi ilə istifadə etməyə imkan vermir. Şöbə müdiri"Duzlu göl"də
müalicəvi məqsədlə qəbul edilən vannaların müsbət, yaxud mənfi nəticə
verməsinin hələki təsdiqlənmədiyini söylədi: "Bizə o məlumdur ki, bu
göldə antisanitariya şəraiti var.
Bu isə göldə çimənləri, vanna qəbul
edənlərin təhlükəli viruslara yoluxma riski ilə üz-üzə qoyur. Ona görə
də, sözügedən göldə çimməyə qoyulan qadağa bu ildə qüvvədə saxlanıldı".
Movqe.az