Xəzər Xəbər

Azərbaycanda yeni tipli 332 məktəb yaradılacaq

Cəmiyyət | 10:42 • 25 Mart 2017
Azərbaycanda yeni tipli 332 məktəb yaradılacaq

Bu il Azərbaycanda şagird sayı 100-dək olan 332 məktəb üçün modul tipli binaların quraşdırılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, ölkənin 44 rayonunda azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin modul tipli təhsil müəssisələri ilə əvəz olunması üçün hazırlıq işlərinə başlanılıb.

Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda Azərbaycanda təmirə ehtiyacı olan 650-yə yaxın məktəb var. Bunlar ən çox Cəlilabad, Şəki, Qusar, Quba, Şamaxı ərazisinə düşür.

Rubrikanın digər xəbərləri

Lənkəranda əsas təkandan sonra xırda afterşoklar
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
19:26 • 11 May 2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək
Güclü külək əsəcək, çaylardan sel keçəcək XƏBƏRDARLIQ
17:04 • 11 May 2024
Sabah yağış yağacaq
Sabah yağış yağacaq PROQNOZ
13:44 • 11 May 2024
Qaçırılan 16 yaşlı qız ailəsinə
Qaçırılan 16 yaşlı qız ailəsinə TƏHVİL VERİLDİ
11:24 • 11 May 2024
Qərbi Azərbaycan İcmasında mühüm
Qərbi Azərbaycan İcmasında mühüm İCLAS
11:11 • 11 May 2024
Şuşaya ilk köç karvanından
Şuşaya ilk köç karvanından GÖRÜNTÜLƏR
10:50 • 11 May 2024
Əksər rayonlara yağış yağıb
Əksər rayonlara yağış yağıb FAKTİKİ HAVA
10:35 • 11 May 2024

Xəbər lenti