Qarın üstə yatmayın!
Mütəxəssislərin fikrinə görə, gecə daim qarın üstə yatmaq insan sağlamlığına ciddi ziyan vura bilər.
Bu pozanın 7 əsas təhlükəsi var:
1. Bu pozada qan damarları saxılmış vəziyyətdə qalır ki, baş beyinin
qanla təmin olunması pozulur. Bu isə səhər baş ağrılarına və digər
pozulmalara səbəb ola bilər. Bu poza xüsusilə yaşlı insanlar üçün
təhlükəlidir ki, onlarda bu vəziyyətdə insultun və ani ölümünün riski
artır.
2. Bu poza həmçinin boyun fəqərələri üçün ziyanlıdır və osteoxondrozun inkişafına səbəb ola bilər.
3. Bu vəziyyətdə yatan insanın döş qəfəsi sıxılır ki, nəticədə ağ ciyər
pis işləyir, orqanizmin oksigenlə təmin olunması kəskin pozulur.
4. Həmçinin bu poza ağ ciyərin sağlamlığı üçün də ziyanlıdır - sıxılmış
vəziyyətdə qalan ağ ciyərdə durğunluq yaranır və nəticədə iltihabın
riski artır.
5. Alimlərin fikrinə görə, bu pozada yatan qadınlarda süd vəzi xərçənginin riski artır.
6. Bu poza üz dərisinin vəziyyəti üçün çox ziyanlıdır - dəri dartılır,
sıxılır ki, nəticədə bu pozada daim yatan insanda qırışlar daha tez
əmələ gəlir.
7. Kişilərdə bu poza cinsiyyət sisteminin fəaliyyətinə mənfi təsir edir
və mütəxəssislərin fikrinə görə hətta impotensiyanın inkişafına səbəb
ola bilər.(saglamol.az)