Xəzər Xəbər

Çətirlərinizi də özünüzlə götürün - Yağış yağacaq

Cəmiyyət | 11:07 • 21 Mart 2017
Çətirlərinizi də özünüzlə götürün -

Martın 21-dən 25-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, bu günlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı düşəcək.

Xəbər lenti