Xəzər Xəbər

Dönər hazırlandıqdan sonra bir saat müddətində yeyilməlidir VİDEO

Veb TV | 20:07 • 22 May 2024
Dönər hazırlandıqdan sonra bir saat müddətində yeyilməlidir

''Dönər hazırlandıqdan sonra onu bir saat müddətində yemək lazımdır''.

Xezerxeber.az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi İnstitutunun sektor müdiri Aynur Həsənova bildirib.

O qeyd edib ki, dönər hazırlamaq üçün istifadə olunan inqrediyentlərin saxlanma şəraiti, xüsusilə temperaturuna diqqət edilməlidir.

Mütəxəssis deyib ki, dönər hazırlamaq üçün istifadə olunacaq çiy ət, eləcə də mayonez və ketçup mütləq tələb edilən temperatur şəraitində saxlanılmalıdır.  Aynur Həsənova onu da əlavə edib ki, çiy ətlə bişmiş ət, həmçinin digər qida məhsullarının yanaşı saxlanılması da yolverilməzdir.

Qida Təhlükəsizliyi İnstutunun sektor müdiri onu da bildirib ki, dönər satılan obyektdə sanitar-gigiyenik qaydalar, eləcə də dönər hazırlayan şəxslərin gigiyena qaydalarına əməl etməsi vacibdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024