Xəzər Xəbər

1-ci sinifə qəbulda bəzi valideynlər üçün xüsusi imkan yaradıldı VİDEO

Veb TV | 21:30 • 22 Aprel 2024
1-ci sinifə qəbulda bəzi valideynlər üçün xüsusi imkan yaradıldı

1-ci sinifə qəbulla bağlı tarixlər açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 1 may tarixindən etibarən vətəndaşlar məktəbəqəbul.edu.az saytı vasitəsi ilə 1-ci sinifə qəbulla bağlı qeydiyyatları həyata keçirə bilərlər.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 3-dən sentyabrın 13-dək aparılacaq. Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat, mayın 7-dən 30-dək isə müsahibə mərhələsi keçiriləcək. Sözügedən qrupda iyunun 12-dən sentyabrın 13-dək məktəb və müəllim seçimi aparılacaq.

Nurlan İsmayılbəyli bildirib ki, bəzi valideynlər istədikləri məktəbi seçmək üçün müəyyən üstünlüklərə malik olacaqlar.

Bildirilib ki, üstünlük hüququ tamamlandıqdan sonra həmin ərazidə yaşamayan və övladı həmin məktəbdə təhsil almayan, eləcə də həmin məktəbdə işləməyən valideynlər də seçim apara biləcəklər.

Xəbər lenti