Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvanların idxalına qadağa qoyulub.
Xezerxeber.az xəbər verir ki, məhdudiyyətə səbəb Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olmuş məlumatdır. Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev deyir ki, qonşu ölkədə xırdabuynuzlu heyvanlarda müxtəlif növ xəstəliklər aşkarlanıb.
Şöbə müdiri məhdudiyyətin Qurban bayramı ərəfəsində heyvanların qiymətinə təsir edib-etməyəcəyinə də münasibət bildirib. Onun sözlərinə görə, idxalla bağlı alternativ olaraq digər qonşu ölkələr də nəzərdən keçirilə bilər.
Şöbə müdiri əlavə edib ki, agentlik Gürcüstanın Aşağı Kartli regionunda xırdabuynuzlu heyvanların taunu xəstəliyinin qeydə alınmasını nəzərə alaraq, Ağstafa, Qazax, Tovuz, Balakən, Qax, Zaqatala, Samux rayonlarının ərazilərində xəstəliyə həssas ev və vəhşi xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib. Həmin ərazilərdə taun və çiçək xəstəliklərinin əlamətləri olan heyvana rast gəlinməyib.
Agentlik rəsmisi onu da bildirib ki, məhdudiyyətin aradan qaldırılması Gürcüstandakı vizəyyətdən asılı olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.