Xəzər Xəbər

Aylardır küçədəki əsas boru dolduğu üçün kanalizasiya suyu küçəyə axır – ŞİKAYƏT VİDEO

Veb TV | 20:45 • 22 Aprel 2024
Aylardır küçədəki əsas boru dolduğu üçün kanalizasiya suyu küçəyə axır – ŞİKAYƏT

Boru dolduğundan kanalizasiyadakı çirkab küçəyə axır.

Xezerxeber.az xəbər verir ki, kadrlar paytaxtın Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsindəndir.

Turgenev küçəsində yaşayan sakinlər iddia edir ki, bir neçə aydır küçədəki əsas boru doluğu üçün kanalizasiya suyu küçəyə axır. Bu da sakinləri çıxılmaz vəziyyətdə qoyub.

Sakinlər  dəfələrlə aidiyyəti qurumlara məlumat verdiklərini deyirlər. Hətta tutulan borunun açılması üçün müəyyən işlər də görülür.

Məsələ ilə bağlı ''Azərsu'' ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, sözügedən küçədə iri kanalizasiya xəttində tutulma baş verib. Rayon Su Kanal idarəsinin əməkdaşları ''Xəzər Xəbər''in müraciətindən sonra dərhal həmin əraziyə gəlib və boru təmizlənərək açılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti