Xəzər Xəbər

Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? – EKSPERT RƏYİ VİDEO

Veb TV | 20:35 • 22 Aprel 2024
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? – EKSPERT RƏYİ

Mənzil bazarında durğunluq müşahidə olunur.

Xezerxeber.az-ın xəbərinə görə, əmlak eksperti Ramil Qasımzadə bildirib ki, havaların istiləşməsinə baxmayaraq, mənzil bazarında, xüsusən də həyət evlərinin satışında aktivlik azalıb.

Ekspert bildirir ki, vətəndaşlar yüksək məbləğdə pul ödəyib az sahəli mənzil almaq istəmirlər. Notariuslarda qaydaların sərtləşdirilməsi, yəni 20 min manatdan artıq ödəniş olduqda pulun mənbəyi haqda məlumat təqdim etmək tələbi də qismən satışa təsir edir.

Ekspert qeyd edib, qarşıdakı aylarda əmlak qiymətlərində enmə gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti