Xəzər Xəbər

Oğuz rayonunun 3 kəndi internetsiz qalıb VİDEO

Veb TV | 22:48 • 20 Aprel 2024
Oğuz rayonunun 3 kəndi internetsiz qalıb

Oğuz rayonunun 3 kəndi internetə həsrət qalıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət rayonun “Calud”, “Calud – 2” və “Azərbaycan – 60” kimi tanınan yaşayış massivlərindən gedir.

Bu kəndlərdə 200-ə yaxın ailə yaşayır.

Lakin bu sakinlərin  illərdir ki, internet  problemi öz həllini  tapmır.

Sakinlər bildirir ki, inernetin olmaması onların işini çətinləşdirir.

Məsələ ilə əlaqədar “Aztelekom”dan bildirildi ki, hazırda  internetin dövlət-özəl modeli üzrə fiberoptik kabelləşmə hazırda həyata keçirilir. Layihə 2024-cü ilin sonunadək başa çatdırılacaq və internetlə əlaqədar məsələlər həllini tapacaq.

Qeyd edək ki, müvafiq yaşayış ərazilərində layihə çərçivəsində görülən işlərin 2024-cü ilin sonunadək yekunlaşacağı planlaşdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024