Xəzər Xəbər

Bərdədə bu ərazi ilanların hücumuna məruz qalıb VİDEO

Veb TV | 21:13 • 20 Aprel 2024
Bərdədə bu ərazi ilanların hücumuna məruz qalıb

Bərdədə ilanlar yaşayış evlərinin həyətyanı sahələrində məskən salıblar.

Xezerxeber.az-ın məlumatına görə, Bərdədə Heydər Əliyev prospektində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələrinin yaşadıqları ərazi ilanların hücumuna məruz qalıb.

Müxtəlif növ ilanlar ərazidə yerləşən evlərə soxulurlar.

Sakinlərin sözlərinə görə, onların yaşadığı ərazini kol-kos  basıb. Buna görə də ilanların sayı hər keçən gün çoxalır.

Kənd sakinləri deyirlər ki, yaşadıqları əraziyə ilanların hücum etməsi uşaqlar üçün də təhlükə yaradır.

Bərdə Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, sözügedən ərazidə təmizlik, səliqə- səhman və dərmanlama işlərinin aparılması üçün aidiyyəti üzrə tapşırıq veriləcək. Növbəti həftənin ilk iş günündən isə icra hakimiyyətinin nəzarəti altında bu işlərə başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024