Xəzər Xəbər

Ali məktəblərə qəbul imtahanlarında YENİLİKLƏR OLACAQ ? VİDEO

Veb TV | 20:15 • 15 Aprel 2024
Ali məktəblərə qəbul imtahanlarında YENİLİKLƏR OLACAQ ?

Ali məktəblərə qəbul imtahanı üçün qeydiyyat başlayır.

Xezerxeber.az xəbər verir ki, abituriyentlər aprelin 15-dən 6 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə  daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər. Ərzisini təstiq etməyən abituryentlər imtahana buraxılmayacaqlar.

Bundan əlavə, keçən il buraxılış imtahanı vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları da I, II, III və IV qruplardan hər hansı birini seçib imtahanın ikinci mərhələsində iştirak edə bilərlər. Bu halda imtahanın birinci mərhələsinin nəticəsi kimi həmin abituriyentlərin keçən il topladıqları bal nəzərə alınacaq.

Müsabiqədə iştirak ödənişlidir. Amma həssas qrupa daxil olan şəxslər imtahan haqqından azaddır. Həmçinin bəzi şəxslər var ki, onlar da imtah haqqı ödəməyəcəklər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu əvvəlcədən elan olunduğu kimi, 11 may - 31 iyul tarixlərində internet vasitəsilə aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti