Xəzər Xəbər

COP 29-un tədbirlər planı AÇIQLANDI VİDEO

Veb TV | 20:05 • 15 Aprel 2024
COP 29-un tədbirlər planı AÇIQLANDI

COP29-un Azərbaycanda keçirilməsi dövlətin apardığı siyasətə etimadın təzahürüdür.

Bunu COP29-un müəyyən olunmuş prezidenti, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev baş qərargahda keçirilən ilk mətbuat konfransında deyib.

Bu gün Azərbaycanın özünün də qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyini deyən Muxtar Babayev çaylarda və Xəzər dənizində suyun azalması, səhralaşma kimi problemləri vurğulayıb. Nazir yaşıl keçidin Azərbaycanın milli prioritetləri sırasında olduğuna diqqət çəkib.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev isə hazırlıq üzrə görülən işlərin iki istiqamətdə aparıldığını deyib. Onun sözlərinə görə, COP29-un danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur.

COP29-un baş icraçı direktoru Elnur Soltanov bildirib ki, Azərbaycan COP29-la bağlı yeni imkanlar yaradacaq.

Həmçinin bildirib ki, COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək. Əsas tədbirin də noyabrın 22-də keçirilməsi planlaşdırılır. COP29-un loqosu da ictimaiyyətə təqdim olunub. Loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar