Xəzər Xəbər

Pasiyentlərə kağız resept verilməyəcək VİDEO

Veb TV | 21:28 • 4 Mart 2024
Pasiyentlərə kağız resept verilməyəcək

Elektron resept sisteminə keçid bu ilin may ayında yekunlaşacaq.

Xezerxeber.az-ın məlumatına görə, Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, sistemə həm özəl, həm də dövlət tibb müəssisələrinin inteqrasiyası mərhələli şəkildə təmin ediləcək.

Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Fərzullayevin sözlərinə görə, hazırda pasiyentlərə elektron reseptlə yanaşı, kağız reseptlər də verilir. Lakin may ayından resept yalnız elektron qaydada tətbiq ediləcək.

Qeyd edək ki, elektron resept sisteminin tətbiqinə bu ilin yanvar ayından başlanılıb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Rubrikanın digər xəbərləri

Xəbər lenti