Ermənistanın baş naziri Nikol Paşinyan yenə öz ampulasındadır. Paşinyan bu dəfə daha bir yalana əl ataraq Azərbaycanı 31 kəndi nəzarətdə saxlamaqda ittiham edib.
Ermənistan mətbuatı da baş nazirin bu açıqlamalarından yola çıxaraq yerli və xarici ictimaiyyəti aldatmağa çalışır.
Yazılan yazılarda və hazırlanan xəritələrdə 31 kəndin - ümumilikdə 170 kvadrat kilometr ərazinin Azərbaycan ordusunun nəzarəti altında olduğu iddia edilir.
Mövzuya münasibət bildirən siyasi şərhçi Əziz Əlibəyli deyir ki, burda heç bir işğaldan söhbət gedə bilməz. İki ölkə arasında dövlət sərhədi müəyyən olunmadığı üçün Azərbaycanın sərhəd zonasındakı kəndlər uzun illər ərzində işğalçı Ermənistan tərəfindən istismar olunub. Ermənistan rəhbərliyi sərhədin olmamasından istifadə edərək Azərbaycan torpaqlarını öz adlarına çıxarmağa çalışıb.
Ermənilər o ərazilərin həm meşə ehtiyatlarından yararlanıblar, həm də kənd təsərrüfatı məqsədilə - mal-qara saxlamaq, əkin-biçin etmək üçün istifadə ediblər. Lakin Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi Ermənistanın bütün planlarını məhv etdi.
Politoloq deyir ki, Ermənistan bu 31 kənd mövzusunu gündəmə gətirməklə, sülh prosesinə zərbə vurmağı hədəfləyir. Çünki rəsmi İrəvan Sədərək rayonunun Kərki və Qazaxın 7 kəndinin qaytarılması ilə bağlı Azərbaycanın tələblərinə adekvat cavab verməyərək sülhdən qaçır. Bununla yanaşı, Fransadan aldığı silahları işə salmaq niyyətindədir.
Heç şübhəsiz ki, Ermənistanın qərbyönümlü planları da daha əvvəlki planlar kimi alt-üst olacaq.
Xezerxeber.az-ın məlumatına görə,
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.