Xəzər Xəbər

Yol qəzaları beş nəfərin ölümünə səbəb oldu VİDEO

Veb TV | 21:12 • 4 Mart 2024
Yol qəzaları beş nəfərin ölümünə səbəb oldu

Göyçayda minik avtomobilinin aşması 3 nəfərin ölümü ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza gecə saatlarında Göyçayın Müskürlü kəndinin ərazisində baş verib.

34 yaşlı Xəqani Bağırov idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Sürücü Xəqani Bağırov və avtomobildə olan 2 nəfər sərnişin - 33 yaşlı Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində dünyasını dəyişiblər. Bir nəfər sərnişin isə xəsarət alıb.

Tovuzda baş verən qəzada isə piyada dünyasını dəyişib. Rayonun Düz Cırdaxan kənd sakini Firuz Qocayev idarə etdiyi avtomobillə piyadanı, Abulbəyli kənd sakini 46 yaşlı Almaz Abdullayevanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Ağdaşda da piyada vurulub.

Hadisə gecə saatlarında rayonun Yuxarı Ləki qəsəbəsinin ərazisində baş verib. Minik avtomobili yolu keçmək istəyən piyadanı, rayon sakini 35 yaşlı Fərid Xəlilovu vurub. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb və lazımi tibbi yardım göstərilib. Lakin bu gün xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti