Xəzər Xəbər

Nikahların sayı azalır, boşanmalar artır - Səbəb nədir? VİDEO

Veb TV | 20:24 • 4 Mart 2024
Nikahların sayı azalır, boşanmalar artır - Səbəb nədir?

Pandemiya səbəbi ilə 2020-2021-ci illərdə toylar qadağan edildi. Bu ərəfədə nikahların azalması başadüşləndir. Ancaq maraqlısı odur ki, 2023-cü il də son 20 il ərzində ən az nikah bağlanan il olub. Ötən il Azərbaycanda nikah sayı əvvəlki ildən 12% azalıb, boşanmaların sayı isə 36% artıb. 

Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən sosioloq Rəşad Əsgərov hesab edir ki, sosial müavinət almaq üçün əslində bir yerdə yaşayıb, sonradan rəsmi olaraq boşanma da bu statistikaya təsir edən amillərdəndir.

Sosioloqun sözlərinə görə, əslində, əhalinin sayında artım olması nikaha girənlərin sayında da artımla müşayiət olunmalı idi. Ancaq nikaha girənlərin azalması sosial problemlərlə bağlı olan məsələdir.

Rəşad Əsgərov düşünür ki, evlənənlər arasında tədqiqatlar aparmaq, boşanma dinamikasına təsir edən nüansları araşdırmaq, sosial iş institutunun praktiki fəaliyyətini genişləndirməklə bu sahədə nailiyyətlər əldə etmək olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Rubrikanın digər xəbərləri

Xəbər lenti