Xəzər Xəbər

Bakıda ata və oğul hücuma məruz qalıb VİDEO

Veb TV | 20:55 • 4 Mart 2024
Bakıda ata və oğul hücuma məruz qalıb

Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsində kütləvi dava olub.

Xezerxeber.az-ın məlumatına görə, pivəxanadan çıxan sərxoş şəxslər binanın sakinləri ilə əlbəyaxa dava ediblər. Hadisə bir neçə gün əvvəl gecə satlarında baş verib.

Bina sakini, həm də zərərçəkmiş Vüqar Hüseynov iddia edir ki, gecə saatlarında birinci mərtəbədə olan pivəxanadan çıxan bir qrup şəxs telefonla yüksək səslə danışıb, söyüş söyürmüş. Vüqarın yanında olan oğlu  onlara bunu irad tutub. Elə dava da bundan sonra baş verib.

Qeyd edək ki, zərərçəkmişin istəyi ilə onu üzübağlı formada təqdim edirik.

Hadisədən sonra Vüqar Hüseynov Daxili İşlər Nazirliyinin 102-i xidmətinə məlumat verib. Bundan sonra o, üz nahiyəsindən xəsarət aldığı üçün ekspertizaya gedib.

Həm sözügedən dava, həm də sakinlərin narazılığı ilə bağlı həmin pivəxanaya getdik. Bizi qapıda qarşılayan Elvin adlı şəxs sakinlərin iddialarını əsasız hesab etdi.   

Hadisəni polis də nəzarətə götürüb.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan videogörüntülərdəki digər şəxslərin də bu cinayətdə iştraklarının olub-olmaması araşdırılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024