Xəzər Xəbər

Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb VİDEO

Veb TV | 22:14 • 4 Mart 2024
Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakıda yerləşən Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Xezerxeber.az-ın məlumatına görə, günün pik saatlarında parkın ətrafında hərəkət edən avtomobil sayının çoxluğu nəticə etibarilə digər küçələrdə də sıxlığa səbəb olub. Buna görə də həmin yolda artıq nəqliyyatın hərəkətinə icazə verilmir.

Bütün problemlər nəzərə alınaraq artıq 3 küçədə nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Həmin ərazidə yaşayan sakinlər üçün isə xüsusi parklanma zonaları yaradılacaq.

Küçələrdə parklanmanın qadağan olunmasına piyadalar sevinsə də, sürücülərin fikri birmənalı deyil.

Qeyd edək ki, növbəti mərhələdə həftəsonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024