Xəzər Xəbər

Xırdalan və Qobuda qanunsuz tikililər sökülüb VİDEO

Veb TV | 14:58 • 2 Mart 2024
Xırdalan və Qobuda qanunsuz tikililər sökülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları Abşeron rayonun Xırdalan şəhərində və Qobu qəsəbəsində qanunsuz tikililəri söküblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhəri və Qobu qəsəbəsi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti