Xəzər Xəbər

Xocalıda yeni məzarlıqlar TAPILDI VİDEO

Veb TV | 01:10 • 2 Mart 2024
Xocalıda yeni məzarlıqlar TAPILDI

Ağır texnika qazır, istintaq qrupu da sümükləri aşkar etdikcə çıxarır.

Xezerxeber.az xəbər verir ki, görüntülər Xocalıda aşkar edilən kütləvi məzarlıqdandır. Bu gün də Xocalıda aşkar edilən kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Kənan Zeynalov deyir ki, həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Ekspertlər hadisə yerinin müayinəsi zamanı müəyyən ediblər ki, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalıblar və xüsusi amansızlıqla qətlə yetiriliblər.  Onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması ehtimal edilir.

Labarator müayinələrə təqdim edilən sümüklərin hamısı genetik və digər ekspertizalardan keçirilməklə kimlərə məxsus olması müəyyən ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024