İşğaldan azad olunmuş ərazilərdə "Azərişıq" ASC-nin 1000-dən çox abonenti mövcuddur.
Xezerxeber.az-ın məlumatına görə, bu sözləri "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun 2023-cü ilin yekunlarına həsr edilən mətbuat konfransında bildirib.
Araz Məmmədzadə "Azərişığ"ın çağrı mərkəzinə edilən zənglərdə gözləmə müddətinin azaldılacağını bildirib.
O, yeni nəsil təmassız ödənişli smart tipli sayğaclardan istifadə zamanı yaranan problemlərin səbəblərinə də diqqət çəkib. Bildirlib ki, bununla bağlı şikayətlər daxil olur: “Bənzər situasiyalara səbəb sayğac kartlarının həddinən artıq elektromaqnit mühitə məruz qalması ola bilər. Hər bir sayğac quraşdırılan zaman onun istifadə qaydalarına dair təlimat abonentlərə təqdim edilir. Sayğac kartlarının hansı şəraitdə saxlanılması da buna daxildir. Ümumiyyətlə, bu tip şikayətlər araşdırılır, çünki bəzən bu lokal problem də ola bilər, istehsalçı qüsurundan da yarana bilər”.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.