Xəzər Xəbər

Türkiyə - Azərbaycan Universiteti ənənəvi ali məktəb formasında olmayacaq DETALLAR/VİDEO

Veb TV | 20:06 • 21 Fevral 2024
Türkiyə - Azərbaycan Universiteti ənənəvi ali məktəb formasında olmayacaq

Yeni yaradılacaq Türkiyə - Azərbaycan Universitetinin əsas binası Bakıda olacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.

Onun sözlərinə görə, tədrisin Azərbaycan, ingilis və türk dillərində aparılması nəzərdə tutulub.

Nicat Məmmədli bildiirb ki, ali məktəb ənənəvi universitet formasında olmayacaq.

Sentyabrda dərslərin başlanacağı universitetdə həm Türkiyə, həm də Azərbaycanın digər ali məktəblərinin təhsil və tədqiqatının tamamilə yeni modeli olacaq.

Bu arada, Türkiyənin “milliyet” qəzetində yeni yaradılacaq universitetlə bağli xəbər yayılıb. Qeyd edilib ki, universitet ilkin mərhələdə səhiyyə, mühəndislik və informatika sahələrində fəaliyyət göstərəcək. Fərqli universitetlərin müxtəlif proqramlarını birləşdirən "yeni nəsil" universitet olacaq. “Yəni, məsələn, Hacettepe Universiteti burada tibb, İstanbul Texniki Universiteti isə inşaat mühəndisliyi ixtisasını tədris edəcək”, - deyə məqalədə bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024