Xəzər Xəbər

Ermənistanda ömürlük həbs cəzası almış hərbçinin anası açıqlama verdi VİDEO

Veb TV | 21:45 • 6 Dekabr 2023
Ermənistanda ömürlük həbs cəzası almış hərbçinin anası açıqlama verdi

Ermənistanda əsir saxlanılan hərbçimiz  - 20 yaşlı Hüseyn Axundova ömürlük həbs cəzası verilib.

Xezerxeber.az-ın məlumatına görə, Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi bununla bağlı öldürülən mühafizəçi Ayrapet Meliksetyanın hüquqi varislərinin şikayətini təmin edib.  Zavodda mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilib.

“Xəzər Xəbər”əməkdaşları Hüseyn Axundovun anası Şəlalə Axundova ilə görüşüb, onun fikirlərini öyrənib.

Şəlalə Axundova bir müddət əvvəl oğlunun videosunu izləyəndə sıxıntılı olduğunu bilib.

Hüseyn Axundovun anası hər zaman Azərbaycan dövlətinə arxalandığını bildirib, hələ də  ümidini üzmədiyini söyləyib.  

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri -  Aqşin Bəbirov və Hüseyn Axundov aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024