Xəzər Xəbər

Bakıda sərnişin avtobusu evin üstünə çıxdı FOTO/VİDEO

Veb TV | 20:29 • 6 Dekabr 2023
Bakıda sərnişin avtobusu evin üstünə çıxdı

Bakıda sərnişin avtobusu evə çırpılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində baş verib. Şahidlərin dediyinə görə, son dayanacaqda dayanan avtobus bir anda yoxuşdan üzü aşağı hərəkət etməyə başlayıb. Yolda avtomobilə dəyən avtobus aşağıdakı evlərdən birinin üstünə  düşdükdən sonra  dayanıb.

Həmin an ev sahibi mənzildə olduğunu deyib və hadisəni təsvir edib.

Hadisə şahidləri isə bildiriblər ki, avtobusda sərnişin və sürücü olmayıb.

Onlar, həmçinin bu ərazidə yol hərəkətinin düzgün təyin edilməməsi səbəbindən tez-tez qəza hallarının yaşandığını deyiblər.

Qəzanın fəsadlarının aradan qaldırılması üçün daşıyıcı şirkət tərəfindən əraziyə kran gətirilib.

Marşrut xəttinin “kalon” rəisi Ceyhun Qasımov bildirib ki, hadisə vaxtı xəsarət alan və ya ölən olmayıb.

Hazırda qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024