Xəzər Xəbər

Bəzi qəpiklər dəyərindən 10 dəfə baha satılır VİDEO

Veb TV | 20:23 • 6 Dekabr 2023
Bəzi qəpiklər dəyərindən 10 dəfə baha satılır

Üzərində gerb olan qəpiklər saytlarda dəyərindən 10 dəfə baha qiymətə satılır.

Xezerxeber.az-ın məlumatına görə, qarışıq qəpiklər min manata, 20 qəpik 500 manata, 50 qəpik 80, 10 qəpik 10, bəzən isə 20-30 manata təklif olunur.

Üzərində gerb olan qəpikləri satan şəxslər bildirib ki, məhdud sayda buraxılmış qəpiklər olduğu üçün kolleksiyaçılar tərəfindən marağa səbəb olur və alınır.

İqtisadçı Xalid Kərimli deyib ki, müxtəlif qəpiklərin öz nominal dəyərindən baha satılması alıcının özünün verdiyi qərardır. Qəpiyin ancaq mübadilə dəyəri olduğunu deyən  Xalid Kərimli bildirib ki, bunlar ya hədiyyəlik, ya da kolleksiya naminə satılır.

O əlavə edib ki, gerblər ölkənin atributu olduğu üçün daha cəlbedici olur. Bu səbəbdən də üzərində gerb olan qəpiklərə maraq var. Kolleksionerlər müəyyən müddət sonra həmin qəpiklərin satışını həyata keçirir.

Məsələ ilə bağı Mərkəzi Bankdan isə “Xəzər Xəbər”ə bildirildi ki, 2021-2023-cü illər  ərzində  Azərbaycan  Mərkəzi  Bankı  tərəfindən hazırda  tədavüldə  olan  5,  10,  20  və  50  qəpiklik metal pul nişanları yenilənərək onların  dizaynına   Dövlət  Gerbi  və  istehsal  ili  əlavə edilib. Qəpiklər  Mərkəzi Bank tərəfindən dövriyyəyə hər hansı  limit  və  ya  məhdudiyyət  tətbiq edilmədən buraxılır. Məhdud sayda yalnız  yubiley  və  xatirə  pul  nişanları tədavülə buraxılır ki, onlar da adətən qızıl, gümüş, platin və s. qiymətli metallardan hazırlanır. Pul  nişanlarının  müxtəlif  onlayn portallarda satışına gəlincə, bu, beynəlxalq təcrübədə də rast gəlinən haldır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024