Xəzər Xəbər

Xankəndi və Ağdərədə çox sayda mina aşkarlanıb FOTO/VİDEO

Veb TV | 19:36 • 6 Dekabr 2023
Xankəndi və Ağdərədə çox sayda mina aşkarlanıb

Xankəndi və Ağdərədə çoxlu sayda mina aşkarlanıb. Onların əksəriyyəti tələlər formasında yerləşdirilib.

Bunu Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov "Xəzər Xəbər"ə müsahibəsində deyib.

Xezerxeber.az-ın məlumatına görə, sədr bildirib ki, hazırda həmin ərazilərdə minatəmizləmə işlər davam etdirilir.

Qadın minatəmizləyənlərin kişilərlə bərabər iş başında olduğuna da toxunan Vüqar Süleymanov bununla bağlı xeyli müraciət qəbul etdiklərini açıqlayıb.

Vüqar Süleymanov bildirib ki, minatəmizləmə işlərinə yerli istehsal olan maşınlar da cəlb edilib. Funksionallıq baxımından xarici istehsaldan geri qalmayan bu texnikalar həm tank, həm də piyada əleyhinə minaların təmizlənməsində istifadə olunur.

ANAMA sədri Xankəndidə keçiriləcək futbol üzrə ölkə kuboku oyunu ilə bağlı təhlükəsizlik məsələsinə də toxunaraq qeyd edib ki, ərazidə heç bir mina təhlükəsi yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024