Xəzər Xəbər

Qətl törətməyə getmişdi, özü öldü TƏFƏRRÜAT/VİDEO

Qətl törədən şəxs könüllü şəkildə polisə təslim olub
Veb TV | 21:42 • 14 Sentyabr 2023
Qətl törətməyə getmişdi, özü öldü

Oğuz rayonunun Mollalı kəndində qətl törədilib. 

Xezerxeber.az-ın məlumatına görə, bu gün səhər saat 9 radələrində Mollalı kəndindəki meşəlik ərazidə 33 yaşlı Toğrul Kərimovun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ilkin araşdırma zamanı Toğrul  Kərimovu 3 gün əvvəl odlu silahla öldürən şəxsin əvvəllər məhkum edilmiş 31 yaşlı Pərvin Məmmədov olduğu müəyyən edilib.

İddiaya görə, onlar arasında borc məsələsi olub. Toğrul Kərimov həmkəndlisi olan Pərvin Məmmədovu 3 gün əvvəl meşəlik əraziyə aparıb. Toğrul öldürmək məqsədilə apardığı Pərvin üçün əvvəlcədən qəbir də qazıb.

Elə həmin yerdə başlayan dava tüfəngdən açılan qəfil atəşlə qurtarıb. Toğrul Kərimov qarın boşluğuna dəyən güllə nəticəsində ölüb. Pərvin Məmmədov Toğrulu elə özünün qazdığı yerdə basdıraraq ərazidən uzaqlaşıb.  

Hadisədən sonra Pərvin Məmmədov könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024