Xəzər Xəbər

Bakıda keçiriləcək dünya səviyyəli döyüş qabağı DAVA DÜŞDÜ VİDEO

Veb TV | 16:00 • 14 Sentyabr 2023
Bakıda keçiriləcək dünya səviyyəli döyüş qabağı DAVA DÜŞDÜ

Noyabrın 4-də Bakıda  Yaponiyanın dünyaca məşhur döyüş təşkilatı olan  “Rizin”in "Landmark-7" turniri  baş tutacaq.

Xezerxeber.az xəbər verir ki, bu məqsədlə təşkil edilən mətbuat konfransında  təşkilatın nümayəndələri və idmançılar  öz çıxışları ilə maraqlı məqamlara aydınlıq gətiriblər.

2015-ci ildən fəaliyyət göstərən və  buna qədər 50-dək turnir  keçirən dünyaca məşhur Yapon döyüş təşkilatı “Rizin” ilk dəfə ölkəsindən kənarda beynəlxalq turniri məhz Bakıda keçirəcək.

Bu səbəbdən təşkilat turnir öncəsi ənənəvi mətbuat konfransını keçirib.  Rizin döyüş federasiyasının təsisçisi Nobuyuki Sakakibara ilk olaraq Azərbaycan Gənclər və İdman Nazirliyinə yaradılan şəraitə görə təşəkkür edib. Funksioner Bakıda olacaq 10 döyüşün  Yaponiyada və digər ölkələrdə yayımlanacağını vurğulayıb. Daha sonra  döyüş gecəsində  cütlərin adlarına aydınlıq gəlib.

Qeyd edək ki, ölkəmizi bu turnirdə artıq bir dəfə çempion olmuş Vüqar Kərəmov,eks-çempion Tofiq Musayev,  Mehman Məmmədov Nəriman Abbasov və   Tural Rəhimov təmsil edəcək. Mətbuat konfransında söz alan idmnaçılarımız  noyabrın 4-də çox maraqlı döyüşlərin olacağını və hədəflərinin yalnız qələbə olduğunu vurğulayıblar.

Konfransın ən maraqlı anları isə son çempion, kəmər sahibi Vüqar Kərəmovun  rəqibi Suzuki Çihiro ilə arasında kəskin söz savaşının olması idi. Bu soyuq münasibət daha sonra  döyüşçülərin üz-üzə gəlişi zamanı əlbəyaxa ilə müşayiət olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Zooparka giriş bahalaşıb
Zooparka giriş bahalaşıb VİDEO
21:17 • 19 İyul 2024
Yol qəzaları 4 nəfərin həyatına son qoydu
Yol qəzaları 4 nəfərin həyatına son qoydu VİDEO
20:29 • 19 İyul 2024
İşğaldan azad olunan ərazilərdə YANĞIN
İşğaldan azad olunan ərazilərdə YANĞIN VİDEO
15:22 • 19 İyul 2024
FHN-nin əməliyyat
FHN-nin əməliyyat görüntüləri
11:50 • 19 İyul 2024

Xəbər lenti

Çox oxunanlar