Xəzər Xəbər

Çıxarış almaq asanlaşdı VİDEO

Proses bir günə və bir prosedurla həyata keçirilir
Veb TV | 14,355 | 11:55 • 31 Yanvar 2023
Çıxarış almaq asanlaşdı

Bütün daşınmaz əmlakların qeydiyyata alınması prosesi bir günə və bir prosedurla həyata keçirilir.

Xezerxeber.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov bildirib.

Onun sözlərinə görə, indiyə qədər çıxarış almaq üçün vətəndaşlar dörd müxtəlif orqana müraciət edirdilər: "Amma indi bu proses "bir pəncərə" sistemi vasitəsilə həyata keçirilir. Beləliklə, vətəndaşlar yalnız notariusa yaxınlaşaraq alqı-satqını və ya daşınmaz əmlaklarının qeydiyyatını həyata keçirə bilərlər. Bunun üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin, Daxili İşlər, Ədliyyə və Vergilər nazirliklərinin informasiya resursları inteqrasiya edilib". 

Xezerxeber.az E.Məmmədovun mövzu ilə bağlı daha ətraflı açıqlamasını təqdim edir:

Xəbər lenti

Çox oxunanlar