Xəzər Xəbər

Bu evlərə "kupça" verilməyəcək - bəzi sənədsiz evlərə güzəştlər ediləcək RƏSMİ AÇIQLAMA

Sənədsiz ev probleminin həlli yolları məlum oldu
Veb TV | 17,046 | 11:20 • 31 Yanvar 2023
Bu evlərə "kupça" verilməyəcək - bəzi sənədsiz evlərə güzəştlər ediləcək

Azərbaycanda təxminən 450 minə yaxın sənədsiz ev var. Bunların 400 mini Bakıda və Abşeron yarımdasında yerləşir.

Xezerxeber.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov bildirib.

Xəzər Televiziyasının "Xəbər Ertəsi" proqramının qonağı olan E.Məmmədov deyib ki, sənədsiz evlərin hamısının rəsmi qeydiyyata alınması mümkün deyil: "Çünki burada təhlükəsizlik məsələləri var. Yüksək gərginlikli elektrik xətlərinin, yükəsk təzyiqli qaz xətlərinin, dəmir yollarının, Xəzər dənizinin, Kür çayının mühafizə zolaqlarında, eləcə də sürüşmə ərazilərində özbaşına evlər tikilib. Həm insan sağlamlığı, həm də bütövlükdə təklükəsizlik baxımından həmin evlərin sənədləşdirilməsi arzuolunan deyil. Həmçinin heç bir infrastrukruru olmayan və təhlükəli ərazilərdə yerləşən evlərə sənəd verilməsinin vətəndaşlar üçün də faydası olmaz".

E.Məmmədov hesab edir ki, vəziyyətdən çıxış yolu təhlükəli zonalarda yerləşən evlərin tamamilə ləğv edilməsidir: "Amma həmin evlərin yerləşdiyi ərazilərin problemi olmayan hissələrinə müəyyən tənzimləmələrlə güzəştlərin tətbiqi nəzərdə tutulur".

Xezerxeber.az E.Məmmədovun daha ətraflı açıqlamasını təqdim edir:

 

 

Xəbər lenti

Çox oxunanlar