Xəzər Xəbər

Şimali Koreya orbitdəki peyklərinin sayını artıracaq

Texnologiya | 13:14 • 9 Dekabr 2023
Şimali Koreya orbitdəki peyklərinin sayını artıracaq

Şimali Koreya yaxın gələcəkdə orbitə daha çox kəşfiyyat peykləri çıxarmağı planlaşdırır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinin dərc etdiyi yazıda bildirilib.

“Reallıqlar bizdən yaxın gələcəkdə Koreya yarımadası və Sakit Okean da daxil olmaqla, əməliyyat bölgələrində məlumat toplamaq və izləmək, hazırlığı artırmaq üçün orbitə daha çox müxtəlif kəşfiyyat peykləri çıxarmağı tələb edir”, - deyə yazıda vurğulanıb. Qeyd olunub ki, bu yaxınlarda buraxılmış “Mulligyong-1” real vaxt rejimində düşmən qüvvələrin hərbi hərəkətləri haqqında qiymətli və zəngin məlumat ötürəcək.

Koreya Mərkəzi Xəbər Agentliyi KXDR-in peyk buraxmasını pisləyən ABŞ, Cənubi Koreya və Yaponiyanı kəskin tənqid edib.

Noyabrın 21-də Şimali Koreya ilk kəşfiyyat peyki olan “Mulligyong-1”-i orbitə çıxarıb. Buna cavab olaraq Koreya Respublikası gərginliyi azaltmaq üçün Koreyalararası razılaşmanın qismən dayandırıldığını elan edib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024