Xəzər Xəbər

Telefonlarda aşkarlanan boşluq kiberdələduzlara şərait yaradır

Texnologiya | 16:48 • 6 Dekabr 2023
Telefonlarda aşkarlanan boşluq kiberdələduzlara şərait yaradır

“Android” əməliyyat sistemində kritik boşluq aşkarlanıb.

Xezerxeber.az Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbərinə görə, bu boşluq “Android” əməliyyat sisteminin “callback_thread_event” funksiyasının əməli yaddaşdan düzgün istifadə etməməsinə görə yaranıb. 

Yaranan boşluq kiberdələduza sistemin üzərində ixtiyari kodu icra etmək və fərdi məlumatları ələ keçirmək imkanını verir.

Bu səbəbdən də istifadəçilərə əməliyyat sisteminin ən son versiyasını tətbiq etmək tövsiyə olunur.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024