Xəzər Xəbər

“Toyota Motor” 570 min avtomobilini geri çağıracaq

Texnologiya | 09:50 • 3 Dekabr 2023
“Toyota Motor” 570 min avtomobilini geri çağıracaq

Yaponiyanın “Toyota Motor” şirkəti təmir üçün 570 min avtomobilini Çin bazarından geri çağıracaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə “carnewschina.com” saytı məlumat yayıb.

Şirkətin bu addımı atmasına səbəb yanacaq sistemindəki nasazlıqdır.

Qeyd olunur ki, 2019-2023-cü illərdə istehsal edilən “Toyota Corolla” avtomobillərində, eləcə də 2018-2022-ci illər dövründə buraxılan “Toyota Highlander” və “Lexus RX”lərdə daxili nöqsan səbəbindən yanacaq nasosunda çatlar əmələ gələ, bu isə yanacağın sızmasına şərait yarada bilər. Xarici alov mənbələri ilə təmasda avtomobilin yanma təhlükəsi yarana bilər.

Yararsız detallar pulsuz dəyişdiriləcək. “Toyota” şirkəti geri çağırılacaq kampaniyaya düşən avtomobillərin sahiblərinə maşınları alov mənbələri yanında saxlamamağı və avtomobillərdən istifadəni məhdudlaşdırmağı tövsiyə ediblər.

Xəbər lenti

Çox oxunanlar