Xəzər Xəbər

ABŞ orbitə 20-dən çox hərbi məqsədli peyk buraxacaq

Texnologiya | 09:20 • 3 Dekabr 2023
ABŞ orbitə 20-dən çox hərbi məqsədli peyk buraxacaq

ABŞ növbəti ildə orbitə kəşfiyyat-tədqiqat xarakterli ən az 6 peykin buraxılmasını planlaşdırır.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Kosmik Komandanlığı (AKK) yayıb.

Ümumilikdə isə orbitə kəşfiyyat-tədqiqat təyinatlı, raket hücumu ilə bağlı xəbərdarlıq və rabitə sistemləri ilə təchiz olunmuş 21 hərbi peykin çıxarılması nəzərdə tutulur.

Cari ildə Pentaqon kosmik fəzaya 12 hərbi peyk buraxıb.

Peyklərin buraxılması “Boeing” və “Lockheed Martin” korporasiyalarının birgə müəssisəsi olan “United Launch Alliance” (ULA) şirkəti və “SpaceX” korporasiyası tərəfindən həyata keçiriləcək. İlkin qiymətləndirmələrə görə, ULA növbəti 11 peyk buraxılışına görə 1,3 milyard dollar, “SpaceX” isə 10 buraxılışa görə 1,2 milyard dollar əldə edəcək.

Pentaqon yaxın 2-3 ildə orbitə 48 hərbi peykin çıxarılmasını nəzərdə tutur.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024