Xəzər Xəbər

Qəbələdə iki nəfər həbs olunub, polis əməkdaşı xidmətdən xaric edilib

Region | 21:20 • 3 Dekabr 2023
Qəbələdə iki nəfər həbs olunub, polis əməkdaşı xidmətdən xaric edilib

Dekabrın 2-də Qəbələ rayonu, Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, sürücü saxlanılan zaman onunla birlikdə olan yaxın qohumları və yanlarındakı yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.

Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.

Eyni zamanda, yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.

Xəbər lenti

Çox oxunanlar