Xəzər Xəbər

DYP yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə tədbirlər keçirir FOTO

Region | 16:21 • 3 Dekabr 2023
DYP yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə tədbirlər keçirir

Son zamanlar yollarda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O qeyd edib ki, bu növ hadisələrinin qarşısının alınması məqsədilə DYP tərəfindən respublikanın bütün bölgələrində sürücü və piyada intizamının artırılmasına yönəlmiş nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.

Araşdırma zamanı piyada vurulması ilə nəticələnən qəzaların əksəriyyətinin sürücülər tərəfindən yol nişanlarının tələbinin pozulması və ya piyadaların yolu keçərkən diqqətlərini yola verməmələri, eyni zamanda piyadalar üçün ayrılmış keçidlərindən istifadə etməmələri səbəbindən baş verdiyi müəyyən edilib: “Hər bir yol hərəkəti iştirakçısını cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu məsələdə həmrəy olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırırıq”.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024