Xəzər Xəbər

Sabirabadda bir yaşlı körpə qızılcadan vəfat edib YENİLƏNİB

Region | 11:53 • 1 Dekabr 2023
Sabirabadda bir yaşlı körpə qızılcadan vəfat edib

2022-ci il təvəllüdlü azyaşlı noyabrın 30-da saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub: "Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı dekabrın 1-də saat 00:15 radələrində vəfat edib".

TƏBİB-dən o da bildirilib ki, azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb.

09:56

Sabirabadda bir yaşlı körpə ölüb.

Körpənin xəstəxanada ölməsi ilə bağlı məlumat daxil olub.

İlkin məlumata görə, onun qızılcadan öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024