Xəzər Xəbər

Xaçınçay su anbarına balıq körpələri buraxılıb FOTO

Region | 15:42 • 30 Noyabr 2023
Xaçınçay su anbarına balıq körpələri buraxılıb

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə Ağdam rayonu ərazisində növbəti balıq buraxılışı keçirilib.

Xezerxeber.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşlarının iştirakı ilə Ağdam rayonunda yerləşən Xaçınçay su anbarına 200 min çəkikimi balıq körpəsi buraxılıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024